5 dekabr 2014 12:45
Neftçi Qarabağla oyuna 3 itki ilə çıxacaq?
"Neftçi" Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bakılıların heyətində bu oyun öncəsi itkilər var.
Belə ki, Elvin Yunuszadə bu qarşılaşmanı diskvalifikasiyalı olduğuna görə buraxmalı olacaq. Digər itkilər isə Kaue və Julius Vobayla bağlıdı. Hər iki legioner futbolçu zədədən əziyyət çəkir. Onların tam sağalmaması "Qarabağ"la oyunda böyük ehtimalla meydana çıxmayacaqlarından xəbər verir.
