5 dekabr 2014 11:55

Elxan Abdullayev: Robert Prosineçki qələbə qazanacaq komanda yaratmaq istəyir

Futbol üzrə Azərbaycan yığmasının məşqçilər korpusunda yer almağa əsas namizədlərdən biri olan Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- Millinin baş məşqçisi Robert Prosineçkinin köməkçilərindən biri də siz ola bilərsiz. Bu barədə nə deyə bilərsiz?
- Şadam ki, mənim də namizədliyimə baxılır. Prosineçki ilə bu barədə söhbətimiz oldu. Gizlətmirəm ki, bu insanla çalışmaq istəyirəm. İstənilən məşqçi üçün millidə işləmək şərəfdi. Fikrimcə, mənim təcrübəm yığmada işləməyimə imkan verir. Həm də vaxtilə Karlos Alberto Torresin, Berti Foqtsun köməkçisi olmuşam.

- Xorvat mütəxəssisin iki yerli məşqçiylə çalışması gözlənilir. Bu, millimiz üçün nə dərəcədə faydalı ola bilər?
- Bu suala cavab vermək etik cəhətdən düzgün olmazdı. Kiminlə, necə işləyəcəyinə xorvat özü qərar verəcək.

- Prosineçkinin təyinatını necə qiymətləndirə bilərsiz?
- Bu təyinata çox sevindim. Xüsusilə də gənc mütəxəssis olduğuna görə. Ola bilər ki, yaş o qədər də önəmli amil deyil. Amma nəzərə alınası amillərdəndi. Şadam ki, AFFA buna da fikir verib. Müsahibələrinin birində demişdi ki, müdafiəyə yox, hücum futboluna üstünlük verməyi xoşlayır. Bu da xoşuma gələn məqamlardandı. Bu, sözügedən mütəxəssisin işləmək, qələbə qazanmaq istəyindən xəbər verir. Prosineçki futbolçu kimi də əfsanəvi oyunçulardan sayılır. Məşqçi kimi də söhbətimiz oldu, necə biri olduğunu gördüm. O, qələbə qazana biləcək komanda yaratmaq istəyindədi.

- Yığmamızın müdafiə xəttindəki problemləri nəzərə alsaq, düşünmürsüz ki, hücum futbolu bizim üçün ideal seçim olmasın?
- Əlbəttə, risk ehtimalı var. Amma bu insan belə bir iş görmək istəyirsə, yəqin ki, onu necə edəcəyini də bilir. Şübhəsiz ki, hücum futbolu oynayan komandalar müdafiədən imtina etmirlər. Sadəcə, bizim müdafiə xəttimiz də hücumlara dəstək olmağa çalışacaq.

- U-21 yığmamızın baş məşqçi postuna kimin gətirilməsini istərdiniz?
- Mən yerli və ya əcnəbi məşqçi gətirilməsini deməyəcəm. Mənim istəyim yaxşı məşqçi təyin olunmasıdı. Məsələn, U-21 ilə əsas yığmamız arasında əlaqəli işbirliyinin olmasını arzulayıram. Foqts ilə Bernard Lippert arasında oxşar əlaqə yox idi. Hər iki komanda fərqli oyun üslublarında çıxış edirdi. Amma yaxşı olardı ki, bundan sonra U-21 də məhz əsas millimizin oyun üslubunda oynasın. Çünki U-21 əsas yığmamızın ehtiyat bazasıdı. Ona görə də kimin təyin olunmasından daha çox həmin şəxsin gördüyü işin faydası önəmlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.