5 dekabr 2014 11:45
Yığmamızın sabiq məşqçisi Makedoniya klubunda!
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Cokiça Haciyevski özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis ölkəsinin "Pelister" klubu ilə anlaşıb.
Xatırladaq ki, Haciyevski 2007/08-ci illər aralığında Azərbaycan millisinin sükanı arxasında altı ay çalışıb. Bundan əlavə o, "Bakı" ilə Azərbaycan çempionu olub. Haciyevskinin rəhbərliyi altında Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləməsi "Bakı" tarixinin ən böyük uğuru olaraq qalmaqdadı.
