5 dekabr 2014 00:20
Mançini əsas heyətin 7 üzvünü Bakıya gətirməyəcək
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" Bakıya 7 əsas heyət oyunçusunu gətirməyəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Roberto Mançini onlar üçün heç bir əhəmiyyət daşımayan Bakıdakı oyun zamanı aparıcı futbolçularına istirahət hüququ qazandırmaq istəyindədi.
Bu üzdən də o, Samir Handanoviçi, Andrea Ranokkyanı, Juan Xesusu, Yan Mvilanı, Yuqo Naqatomonu, Mateo Kovaçiçi və Rodriqo Palasionu Azərbaycana gətirməyəcək. İstisna deyil ki, Mançini A Seriyasının həftəsonu baş tutacaq "Udineze" ilə oyunundan sonra daha bir neçə oyunçunu Bakıya gətirməkdən imtina etsin.
