5 dekabr 2014 00:05
Elxan Abdullayev: Robert Prosineçki ilə işləmək istəyirəm
Azərbaycanlı futbol mütəxəssisi Elxan Abdullayev yığmamızın baş məşqçisi Robert Prosineçkinin köməkçilərindən biri olacağına dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, mənim də namizədliyimə baxılır. Prosineçki ilə də bu barədə söhbətimiz oldu. Bu insanla çalışmaq istədiyimi gizlətmirəm. Yığmada çalışmaq hər bir məşqçi üçün böyük fəxrdi. Fikrimcə, təcrübəm millidə işləməyimə imkan yaradır. Vaxtilə Berti Foqtsun da köməkçisi olmuşam, Karlos Alberto Torresin də".
