4 dekabr 2014 18:42
Rusiya yığmasının məşqçisi: Şeydayevin Azərbaycan yığmasını seçəcəyini düşünmürəm
Rusiyanın gənclərdən ibarət yığmasının baş məşqçisi Nikolay Pisarev bu komandada çıxış edən azərbaycanlı futbolçu Ramil Şeydayevlə AFFA-nın maraqlandığı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Mənim AFFA ilə danışıqlardan xəbərim yoxdu. Şeydayev Rusiya klubunda çıxış edir və onun tezliklə əsas yığma komandaya düşmək şansı var. Düşünmürəm ki, o, Azərbaycana getməyə qərar versin".
