4 dekabr 2014 17:20
Prosineçki yerli məşqçilər arasında seçim edir
Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki özü üçün köməkçilər seçməyə başlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün AFFA-nın mənzil qərargahında bir neçə məşqçi ilə görüşüb.
Onlardan biri də qapıçılar üzrə məşqçi Faiq Əzizov olub. Bunu saytımıza açıqlamasında məşqçi özü də təsdiqləyib:
"Mən öz CV-mi təqdim etdim. Onun çox vaxtı yox idi. Təxminən 5 dəqiqə söhbət etdik. Yenidən Azərbaycan yığmasında çalışmaq istərdim. Robert Prosineçkidən dəvət gözləyəcəyəm".
