4 dekabr 2014 14:15
Şahin Diniyev: Prosineçki ilə görüşümüz olacaq
AFFA-nın yeni yaratdığı Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev bəyan edib ki, Azərbaycan yığmasının yeni baş məşqçisi təyin olunan Robert Prosineçki ilə görüşləri olacaq. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sabah bizi AFFA-nın baş katibi Elxan Məmmədovla görüş gözləyir. Ardından isə Robert Prosineçki ilə görüşəcəyik. Bu görüşdə bütün məsələləri müzakirə etməyə və iş sistemimizi müəyyənləşdirməyə çalışacağıq. Yalnız ondan sonra konkret nəsə deyə bilərik".
