4 dekabr 2014 13:40
Volfqanq Rolf Emil Balayevi təriflədi
Futbol üzrə Azərbaycan yığmasının keçmiş məşqçisi Volfqanq Rolf bəyan edib ki, azərbaycanlı qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunda özünü yaxşı tərəfdən göstərməyi bacarır. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Balayev özünü yaxşı tərəfdən göstərməyi bacarır. Çatışmazlıqlara gəlincə, bunu onun gənclərdən ibarət komandanın heyətində keçirəcəyi oyun zamanı görmək olar. O, çıxışlarda çox yaxşı təsir bağışlayır".
