4 dekabr 2014 13:11

Nikolas Kanales: Neftçi Qarabağla oyun öncəsi üstünlüyə malikdi

"Neftçi"nin hücumçusu Nikolas Kanalesin azerisport.az saytına müsahibəsi

- "Qaradağ Lökbatan" üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiz?
- Belə komandalara qarşı oynamaq çox çətindi. Çünki onlar bizimlə oyuna xüsusi köklənirlər. Erkən qol vurmaq çox vacib idi. Şadam ki, istədiyimiz nəticəni qazana bildik.

- Qarşıda "Qarabağ"la oyun var...
- Bu, cari mövsümdə keçirdiyimiz oyunlar arasındakı ən vacib görüşdü. Qələbə qazanacağımız halda turnir cədvəlindəki vəziyyətimizi xeyli yaxşılaşdırmış olacağıq.

- Ağdamlılar hazırda çox yaxşı formadadılar. Onlarla bacaracaqsız?
- Bizə sərf edən əsas məqam rəqibin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Milan "İnter"i ilə oyuna hazırlaşmasıdı. Fikrimcə, onlar bizimlə oyuna Avroliqa görüşünə hazırlıq gözü ilə baxacaqlar. Biz isə bundan maksimum yararlana bilərik.

- Birinci divizion klubuna da qol vura bilmədiniz. Bəs ağdamlılarla oyunda sizdən nə gözləyək?
- Bu, məni o qədər də narahat etmir. Karyeram ərzində az qol vurmamışam. Bundan sonra da qollar vurmağa davam edəcəm. Qarşıdakı oyunda da komandama kömək etməyə çalışacam. Son oyunda da qol vura bilmədim. Amma əsas odu ki, komandamız ölkə kubokunun 1/4 finalına vəsiqə qazandıq.

- "Qaradağ Lökbatan"la oyunda Arif Əsədov ilk dəqiqələrdən Ernest Nfora şans vermişdi. "Qarabağ"la görüşdə də belə olacaq?
- Bu, ilk belə oyun idi. Növbəti oyunda da oxşar qərar qəbul etsələr, əleyhinə olmayacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.