4 dekabr 2014 12:52
Novruzov da Bakını tərk edəcək
"Bakı"nın hücumçusu Nurlan Novruzov paytaxt klubunu tərk etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, onunla Topaz Premyer Liqasının bir neçə klubu yaxından maraqlanır.
İstisna deyil ki, gənc futbolçu "zolaqlılar"la yollarını elə bu qışda ayırsın.
Xatırladaq ki, "Bakı"nın qapıçısı Aqil Məmmədovun da qışda komandadan ayrılması gözlənilir.
