4 dekabr 2014 11:15

Ramil Şeydayev: Seçim etsəm, Azərbaycanı yox, Rusiya yığmasını seçəcəm

Rusiyanın "Zenit" klubunun və gənclərdən ibarət yığmasının hücumçusu Ramil Şeydayevin azerisport.az saytına müsahibəsi

- "Zenit"dəki durumunuzdan razısız?
- Əlbəttə.

- Komandanın baş məşqçisi Andre Villaş-Boaşla söhbətiniz olub?
- O, mənə böyük ümidlər bəsləyir. Amma şəxsi söhbətimiz olmayıb.

- Bəs hardan belə bir nəticəyə gəlmisiz ki, o, sizə ümidlidi?
- Çünki son zamanlar o, əsas komandada mənə oynamaq şansı verir.

- "Mordoviya" ilə oyunda Rusiya Premyer Liqasında debüt etdiniz. Necə hisslər keçirdiniz?
- Həmin oyunda meydana çıxacağımı bilirdim. Amma oyunun gedişində elə dəyişikliklər oldu ki, meydana buraxılmayacağımı düşünməyə başlamışdım. Lakin Villaş-Boaş məni çağırıb, məşq etməyimi istədi. Yaxşı hisslər keçirdim.

- Azərbaycandan debütünüz münasibətilə təbrik aldınız?
- Xeyr, heç kim zəng etməmişdi.

- AFFA-dan Azərbaycan yığmasında oynamaq təklifi almısız?
- Əvvəllər almışdım. İndi elə bir təklif yoxdu.

- Rusiya yığmasındakı durumunuz necədi?
- Hər şey qaydasındadı. Çalışıram ki, gənclərdən ibarət yığmada özümü göstərim.

- Azərbaycan yığmasında oynamaq təklifi alsaz, razılaşacaqsız?
- Belə deyim: əgər Rusiya yığmasında da oynamaq şansım varsa, bu variantı seçərəm.

- Legioner limitinə görə elə seçim edirsiz?
- Azərbaycan yığmasında oynamağa başlasam, Rusiyada legioner sayılacağam. Onda öz klubumda əsas heyətə düşməyim çətinləşəcək.

- Bəs valideynləriniz bu barədə nə deyirlər?
- Heç nə. Azərbaycana istirahətə getməyi çox sevirəm. Qohumlarımıza baş çəkirəm. Amma Azərbaycan yığmasından mənimlə heç kim əlaqə saxlamır.

- "Zenit"də sizin harada oynamağınızı istəyirlər?
- Dəqiq heç nə bilmirəm. Klubumda mənimlə bu barədə heç kim danışmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.