3 dekabr 2014 19:10
Aqil Məmmədov: Rəqibdən üstün olsaq da, bəxtimiz gətirmədi
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Bakı” ilə oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Oyun barədə onu deyim ki, biz rəqibdən üstün idik. Əgər əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı. Biz bu gün yaxşı oynadıq. Komandamın çıxışından razıyam. Penaltilər bəxtə bağlıdır. Bəxtimiz gətirmədi”.
