3 dekabr 2014 19:00
"Qələbəni 50 illik yubileyini qeyd edən prezidentimizə hədiyyə edirik"
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt”la oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu hava şəraitində oynamaq çətin idi. Mübarizəli bir oyun oldu. Hər iki komandanın oyunçularını təbrik edirəm. Oyunun taleyi penaltilərdə həll olundu. Biz bu qələbəni 50 illik yubileyini qeyd edən prezidentimiz Hafiz Məmmədova hədiyyə edirik”.
