3 dekabr 2014 17:15

Məşqçilər Komitəsinin Əsasnaməsi

AFFA Məşqçilər Komitəsinin Əsasnaməsini açıqlayıb. Azerisport.az sizi həmin Əsasnamə ilə tanış edir:

AZƏRBAYCAN FUTBOL FEDERASİYALARI ASSOSİASİYASININ MƏŞQÇİLƏR KOMİTƏSİ HAQQINDA ƏSASNAMƏ
 
1. ÜMUMİ MÜDDƏALAR
 
1.1                 Bu Əsasnamə AFFA Məşqçilər Komitəsinin fəaliyyətini tənzimləyir.
1.2                 Məşqçilər Komitəsi öz fəaliyyətini AFFA Prezidenti  tərəfindən təsdiqlənmiş Əsasnamə əsasında həyata keçirir.
1.3                 Şura öz işində bu Əsasnaməni, FİFA, UEFA və AFFA-nın normativ sənədlərini və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.
1.4                 Katibliyin səlahiyyətində olan məsələlər üzrə Məşqçilər Komitəsinin qərarları Baş katibin  əmri ilə təsdiqlənir.
1.5                 Əsasnamənin etibarlılıq müddəti məhdudiyyətsizdir. Dəyişikliklər və əlavələr  AFFA İcraiyyə Komitəsi  tərəfindən təsdiq olunur.
 
2. ƏSAS VƏZİFƏLƏR
 
Məşqçilər Komitəsinin əsas vəzifələri aşağıdakılardır:
 
2.1.    Milli Komanda məşqçilərinin işinin koordinasiyası, məşqçilərin vəzifələrini yerinə yetirməsinə nəzarət edilməsi.
2.2.    Milli Komanda üzvlərinin  yüksək idman nəticələri əldə etməsinə həvəsləndirilməsi.
2.3.    Milli Komanda üzvlərinin  hüquqlarına riayət edilməsi.
2.4.    A-Milli Komanda üzvlərinin  karyeralarını bitirdikdən sonra məşqçi peşəsini seçməyə istiqamətləndirilməsi.
2.5.    Milli Komanda üzvləri və məşqçiləri tərəfindən futbol və  intizam qaydalarına riayət olunması.
2.6.    Məşq  prosesinin keyfiyyətinin və effektivliyinin artırılması üzrə təkliflər hazırlanması.
2.7.    Hər bir məşqçinin işinin təhlilinin aparılması, yığma komandaların çıxışlarının nəticələrinin təhlil edilməsi.
2.8.    Müxtəlif yaş qruplarında və kateqoriyalarında olan komandaların oyunlarının və toplanışlarının analizinin aparılması və bu barədə Texniki Direktor və Baş katibə hesabat təqdim edilməsi.
2.9.    AFFA-da məşqçilər üçün keçirilən kurslarda iştirak edilməsi
2.10.Təbliğat və təşviqat üzrə işlərdə iştirak etmək, mətbuatla əlaqələri AFFA vasitəsilə həyata keçirmək.
 
3. MƏŞQÇİLƏR KOMİTƏSİNİN STRUKTURU
 
3.1 Məşqçilər Komitəsinin fəaliyyətinə rəhbərliyi Sədr həyata keçirir. Sədr mövcud üzvlərin sırasından seçilir.
3.2.  Məşqçilər Komitəsi 5 üzvdən ibarət olaraq 1 il müddətinə seçilir. 
3.3. Məşqçilər Komitəsinin üzvləri yüksək kateqoriyada ən azı 10 illik iş təcrübəsinə və A kateqoriyalı lisenziyaya malik olmalıdır.
3.4. Məşqçilər Komitəsinin iclası ən azı ayda 1 dəfə keçirilir və hər bir iclas komitənin katibi tərəfindən protokollaşdırılır.
 
 
4. MƏŞQÇİLƏR KOMİTƏSİNİN HÜQUQ VƏ MƏSULİYYƏTİ
 
4.1 Məşqçilər Komitəsinin bütün qərarları tövsiyə xarakterlidir.
4.2 Məşqçilər Komitəsi aşağıdakı hüquqlara malikdir:
-          hər bir komitə üzvü Milli komandaların fəaliyyətinə dair istənilən məsələnin müzakirəsini tələb etmək hüququ var;
-          İcraiyyə Komitəsinin müzakirəsinə Milli komandalarla bağlı əhəmiyyətli məsələləri  çıxarmaq və onları müzakirə etmək;
-          Komandaların fəaliyyətinə nəzarətə yekun vurmaq və onları təhlil etmək, nəticələr çıxarmaq və qərarlar qəbul etmək;
Məşqçilər Komitəsi aşağıdakılara görə məsuliyyət daşıyır:
-          qəbul olunan qərarlarda bu Əsasnamənin, FİFA, UEFA və AFFA-nın normativ sənədlərinin tələblərinə riayət olunmasına görə;
-          alınmış nəticələrin vaxtında təhlilinin aparılması və müvafiq yazılı hesabatın təqdim olunmasına görə;
-          Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mövqeyinin müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə görə;
-            milli komandaların nüfuzunun möhkəmləndirilməsinə görə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.