3 dekabr 2014 17:10

AFFA Klublar Komitəsinin Əsasnaməsini açıqladı

AFFA Klublar Komitəsinin Əsasnaməsini açıqlayıb. Azerisport.az sizi həmin Əsasnamə ilə tanış edir:

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Premyer Liqa Klubları Komitəsinin (bundan sonra Klublar Komitəsi) fəaliyyətini tənzimləyir.

1.2. Klublar Komitəsi öz fəaliyyətini AFFA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənmiş Əsasnamə əsasında həyata keçirir.

1.3. Klublar Komitəsi öz işində bu Əsasnaməni, FİFA, UEFA və AFFA-nın normativ sənədlərini və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.

1.4. Əsasnamənin etibarlılıq müddəti məhdudiyyətsizdir. Dəyişikliklər və əlavələr AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq olunur.

2. Əsas vəzifələr

Klublar Komitəsinin  əsas vəzifələri aşağıdakılardır:
 
2.1. Premyer Liqa Komandaları arasında peşəkar münasibətlərin artırılması.

2.2. Premyer Liqa Komandalarının problemlərinin müzakirəsi.

2.3. Premyer Liqa Komandalarının hüquqlarının müdafiə olunması.

2.4. Futbolçular və Klublar arasında münasibətlərin müzakirə olunması.

2.5.    Futbolçular, məşqçilər və digər futbol oyunu iştirakçıları tərəfindən futbol oyun qaydaları və intizam qaydalarına riayət olunması.

2.6. Yığma komandaların çıxışlarına münasibət bildirilməsi.

2.7. Liqalarla bağlı müzakirələrin aparılması.
 
4. Klublar Komitəsinin strukturu

4.1. Klublar Komitəsinin üzvləri hər bir Premyer liqa komandası tərəfindən 1 üzv olmaqla təyin olunur. Klublar, Komitədə Prezident, vitse-prezident və ya icraçı direktor şəxsində təmsil oluna bilər. Sadalanan şəxslər olmadıqda onu klubun digər vəzifəli şəxsi təmsil edə bilər. Bu əvəzetmə müvəqqəti hal daşıyır.

4.2. Klublar Komitəsinin fəaliyyətinə rəhbərliyi üzvlərin öz aralarından  seçdiyi Sədr həyata keçirir. Sədr mövcud üzvlərin sırasından 6 ay müddətinə seçilir.
4.3. Klublar Komitəsinin iclası ən azı ayda 1 dəfə keçirilir. İclas komitənin katibi tərəfindən protokollaşdırılır.
 
5. Klublar Komitəsinin hüququ və Məsuliyyəti

5.1. Klublar Komitəsinin  bütün qərarları tövsiyə xarakterlidir.

5.2. Klublar Komitəsi aşağıdakı hüquqlara malikdir:

- hər bir komitə üzvünün Azərbaycan Premyer Liqası ilə bağlı istənilən məsələnin müzakirəsini tələb etmək hüququ var;

- İcraiyyə Komitəsinin müzakirəsinə Azərbaycan Premyer Liqası ilə bağlı əhəmiyyətli məsələləri çıxarmaq və onları müzakirə etmək.

Klublar Komitəsi aşağıdakılara görə məsuliyyət daşıyır:

- qəbul olunan qərarlarda bu Əsasnamənin, FİFA, UEFA və AFFA-nın normativ sənədlərinin tələblərinə riayət olunmasına görə;

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mövqeyinin müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə görə;

- milli komandaların nüfuzunun möhkəmləndirilməsinə görə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.