3 dekabr 2014 16:50
AFFA Rusiyada azərbaycanlı futbolçuların legioner sayılmasını istəmir
AFFA prezidenti Rövnəq Abdullayev bəyan edib ki, onlar Rusiya Futbol İttifaqı ilə danışıq aparırlar. Azerisport.az xəbər verir ki, AFFA şimal qonşularımızdan Rusiyada çıxış edən Azərbaycan millisinin üzvlərinə legioner statusunun verilməsini ləğv etmələrini istəyir.
Söhbət bu ölkədə çıxış edən Ramil Şeydayevlə Ayaz Quliyevdən gedir. Onlar hazırda Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış etmələrinə baxmayaraq, Azərbaycan millisində oynamağın əleyhinə deyillər. Amma Azərbaycan yığmasına keçən kimi, Rusiyada legioner statusu daşıyacaqlarına görə, tərəddüd içindədilər. Bu üzdən də AFFA problemi federasiyalar səviyyəsində həll etmək istəyindədi.
