3 dekabr 2014 16:25

Tərlan Əhmədov: Meydanın vəziyyəti və hava durumu oyuna təsir etdi

Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL “Neftçala”nı məğlub edərək, növbəti mərhələyə adladı. Azerisport.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov 2:1 hesablı əzmkar qələbə qazandıqları oyunla bağlı bunları söyləyib:

“Bakıdan gələndə bilirdik ki, çox ağır oyun olacaq. Meydanın vəziyyəti və hava durumu oyunun gözəlliyinə təsir etdi. Sevindiyim məqam da var. Azərbaycan çempionatının birinci dəstəsində “Neftçala” kimi mübariz komandanın olmasına görə şadam. Rəqib 90 dəqiqə mübarizə apardı. “Neftçala”nın potensialı var. Rəqibin rəhbərliyini və baş məşqçi Kamal Quliyevi təbrik edirəm. Qələbə qazansaq belə, oyundan razı qalmadım. Görüləsi işlərimiz çoxdur”.

Kamal Quliyev (“Neftçala”nin baş məşqçisi): “AZAL klubunu təbrik edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam. Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı belə mübarizə aparması sevindirici haldır. Oyunun sonlarında nəzarəti əldən verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.