3 dekabr 2014 15:25

Prosineçki: Dağıdıcılığı yox, yaradıcılığı sevirəm

Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Hamınızı salamlayıram. 10 gündü Bakıdayam. Şəhərdən razıyam, insanları qonaqpərvərdi. İdman planında əlimizin altında material var. Onunla işləmək olar. Rövnəq Abdullayev dedi ki, Bakıda yaşayacağam. Bunu mən də istəyirəm. Mətbuata həmişə açıq olmuşam və dəyişməyi düşünmürəm.

- Köməkçiləriniz kim olacaq?
- Yerli köməkçilərimin kim olacağını demək istəmirəm. Onu deyə bilərəm ki, aşağı yaş qruplarından ibarət komandaların da çıxışını izləyəcəm. İstəyirəm ki, bütün yaş qrupları üzrə yığmalar əsas millinin oyun üslubunda çıxış etsinlər. Hücum etməyimizi, müdafiədə oturmamağımızı istəyirəm. Mən dağıdıcılığı yox, yaradıcılığı sevirəm.

- Məşqçilər Komitəsi ilə də işbirliyiniz olacaq?
- Bəli, mən onlarla tez-tez əlaqə saxlayacağam. Klubların Antalyadakı təlim-məşq toplanışına getməyi planlaşdırıram. İlk toplanışımız fevralda olacq. Ayın sonunda mümkündü ki, bir yoxlama oyunu da keçirək. Bilirəm ki, Berti Foqts da belə toplanışlar keçirirmiş. Deməli, buna ehtiyac var. Növbəti toplanışlarımızın nə qədər davam edəcəyini deyə bilmərəm. Amma fevral toplanışımızın 6-7 gün sürəcəyi dəqiqdi.

- Təyinatınıza qədər Azərbaycan futbolu barədə nəsə bilirdiz?
- Bəli, yığmanızı tanıyırdım.

- Yığmanın seçmə mərhələdəki şanslarını necə qiymətləndirə bilərsiz?
- Ola bilər ki, İtaliya və Xorvatiyaya qalib gəlməyək. Amma daha yaxşı oyun sərgiləyə bilərik. Mən optimistəm və komandanın potensialına güvənirəm. Ruhdan düşmək olmaz. Toparlanmalı və mart ayında Maltaya qalib gəlməliyik.

- Deyilənə görə, heyətdə gəncləşdirmə siyasəti aparacaqsız?
- Bəli. Amma qəsdən kimisə komandadan qovmaq haqda düşünmürük. Hər şey futbolçuların özündən asılıdı. Ümid edirəm ki, futbolçularımız daha güclü liqalarda çıxış edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.