3 dekabr 2014 13:55

Abdullayev: Qurbanov milliyə gəlsəydi, həm onu, həm də Qarabağı itirərdik

AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- İK üzvləri Robert Prosineçkiyə necə səs verdi?
- Yekdilliklə. Əminəm ki, Prosineçkiyə yığmamıza yeni stil gətirəcək. Çünki o, yığmamızı çalışdıran ilk keçmiş hücumçu olacaq.

- Onun qarşısında hansı hədəf qoyulub?
- Prosineçkinin qarşısına yığmamızı AÇ-2020-yə hazırlamaq vəzifəsi qoyulub. Komanda həmin turnirin final mərhələsində oynamalıdı. Bunun üçün gəncləşdirmə siyasəti aparılmalıdı.

- Xorvatın maaşı necə olacaq?
- İlinə 1 200 000 avro. Bu, onunla köməkçiləri arasında bölüşdürüləcək. İki köməkçisi də yerli olacaq.

- U-21-in baş məşqçi postu ilə bağlı nə qərar qəbul etdiniz?
- Bu barədə hələ qərar yoxdu. Namizədləri diqqətlə gözdən keçirəcəyik.

- Klublar Komitəsi nəyə xidmət edəcək?
- Bu komitə klubların ideyalarını birbaşa AFFA-ya təqdim etmək imkanı yaradacaq. Daha PFL vasitəsilə yox. Ramin Musayev PFL-dən gedəcəkmi? Onun təqaüdə çıxmasına hələ çox var.

- Qurban Qurbanovu niyə yığmaya dəvət etmədiz?
- O, çox ağıllı məşqçidi. Vaxtilə onu "Neftçi"yə məhz mən gətirmişdim. Əgər o, millinin baş məşqçisi olsaydı, onu, "Qarabağ"ı itirəcəyimizdən qorxdum. Klubunda uğurlu fəaliyyət göstərir. Qoy davam etsin.

- "Araz Naxçıvan"ın çempionatdan çıxması ilə bağlı nə deyə bilərsiz?
- Onların problemləri vardı. Buna görə də çempionatdan çıxdılar.

- Neftin qiymətinin aşağı düşməsi AFFA-nın büdcəsinə təsir göstərir?
- Xeyr. Heç bir halda.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.