3 dekabr 2014 13:15
Rövnəq Abdullayev məşqçilər komitəsindən danışdı
AFFA prezidenti yeni yaranan məşqçilər komitəsindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Məşqçilər komitəsi ölkədəki bütün məşqçilərin fəaliyyətinə nəzarət edəcək, hesabatlar hazırlayacaq. Onların fəaliyyət dairəsinə həm də ölkəmizdə çalışan əcnəbi məşqçilərin monitorinqini aparmaq da daxildi".
Qeyd edək ki, məşqçilər korpusu Vaqif Sadıqov, Böyükağa Hacıyev, Şahin Diniyev və Ağasəlim Mircavadovdan ibarətdi.
