3 dekabr 2014 13:10
Bernard Lippert istefaya göndərildi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert istefaya göndərilib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan İcraiyyə Komitəsinin iclasında onun da işinə qiymət verilib.
Aparılan müzakirələrdən sonra uzun müddətdi U-21-də çalışan almaniyalı mütəxəssisin istefasına qərar verilib. Böyük ehtimalla onun postunu əsas yığmamıza baş məşqçi təyin olunan xorvatiyalı Robert Prosineçkinin köməkçilərindən biri tutacaq.
