3 dekabr 2014 12:45
UEFA Qarabağın rəqibinə rədd cavabı verdi
UEFA Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasında rəqibi olan Ukrayna "Dnepr"inə Fransa "Sent-Etyen"ini Lvovda qəbul etməyə icazə verməyib. Azerisport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Dnepropetrovsk klubu Ukraynadakı məlum hadisələr səbəbilə ev oyunlarını Kiyevdə keçirir.
Lakin stadion böyük olduğundan klubun oyunlarını izləməyə gələnlərin sayı çox az olur və bu da komandanın oyununa təsir edir.
UEFA imtinanın səbəbini hər komandanın ev oyunları üçün sifarişi əvvəlcədən verməli olması ilə izah edib. Qarşılaşmanı başqa şəhərə keçirmək üçün kifayət qədər üzrlü səbəb olmalıdır. Təqdim edilən əsaslar isə qitə qurumunu qane etməyib.
