3 dekabr 2014 12:35
Prosineçki yığmamızın baş məşqçisi postuna təsdiq olundu
Xorvatiyalı mütəxəssis Robert Prosineçki Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. Azerisport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Berti Foqtsun boşaltdığı postda təsdiqlənib.
Bu gün keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasında Prosineçkinin lehinə qərar qəbul olunub.
