Stepan Polyak: Prosineçki Azərbaycan yığmasından hücum futbolu tələb edəcək
"Simurq"un yarımmüdafiəçisi Stepan Polyakın azerisport.az saytına müsahibəsi
- "Simurq" - "Qarabağ" matçından sonra Robert Prosineçki ilə nəsə söhbətləşirdiz. Sirr deyilsə, nədən danışırdız?
- Biz bir-birimizi çoxdan tanıyırıq. Futboldan danışdıq. İşlərimin necə olduğunu soruşdu.
- Prosineçkidən Azərbaycan yığmasında nə gözləyirsiz?
- Siz nə gözləyirsiz?
- Gözləmək yox, uğura ümid edirik...
- Mən də ona uğurlar arzulayıram. Söhbətimiz zamanı da eyni sözləri özünə dedim. Prosineçki dedi ki, hələ heç nə rəsmiləşməyib. Ona görə də indidən dəqiq nəsə danışmaq tezdi.
- O, əsasən hansı məqamlara xüsusi diqqət ayırır?
- O, hücum futbolunu, ötürmələrlə oynamağı sevir. Mənə elə gəlir ki, yığmanızdan da belə futbol oynamağı tələb edəcək.
- Xorvatiya yığmasında çıxış etməmisiz. Prosineçki sizi Azərbaycan yığmasına dəvət etsə, nə qərar verərsiz?
- Sizcə, mən yığmanızda oynaya bilərəm (gülür)? Məncə, yığmanızda öz futbolçularınız çıxış etməlidi. Amma təbii ki, Azərbaycan yığmasına azarkeşlik edəcəm.
- "Simurq"da qalacaqsız?
- Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Çünki müqaviləmin müddəti həmin vaxt bitəcək.
