3 dekabr 2014 00:55
Vladimir Boqdanoviç: Robert Prosineçki bütöv bir məktəbdi
AZAL-ın sabiq yarımmüdafiəçisi Vladimir Boqdanoviç Azərbaycan yığmasının baş məşqçisi təyin olunması gözlənilən Robert Prosineçki barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanda oynamışam və yerli futbolu bilirəm. Əminəm ki, Prosineçki ölkənizdə uğur qazanacaq gücdədi. Azərbaycanlı futbolçularla yaxşı məşqçi işləyəndə, uğur qazanırlar. Prosineçki ilə "Srvena Zvezda"da çalışmışam. O, həm həyatda, həm də işində dəryadı. Robert bütöv bir məktəbdi".
