3 dekabr 2014 00:37
Subaşiç də məğlubiyyətlə başladı
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da ilk sınağına çıxıb.
Sözügedən komanda "Akhisar Bələdiyyəspor"un qonağı olub. Hesabı birinci hissədə meydan sahibləri açsa da, 76 və 86-cı dəqiqələrdə "Manisaspor" iki qol vurub. Lakin əlavə olunmuş dəqiqələrdə iki dəfə fərqlənən "Akhisar Bələdiyyəspor" qonaqların qələbəsinə imkan verməyib - 3:2.
Subaşiç bu oyuna start heyətdə çıxıb. Millimizin sabiq hücumçusu 59-cu dəqiqədə əvəzlənib.
