3 dekabr 2014 00:30
Mehdiyev iştirak ərizəsinə salınsa da, oynamadı
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Girəsunspor" da ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə "Konyaspor"la üz-üzə gəlib. Görüş qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Çempionat oyunlarında adı heç matçın iştirak ərizəsinə də salınmayan Mehdiyevin bu dəfə bəxti gətirib. O, ilk "18-liy"ə daxil edilsə də, sona qədər ehtiyat oyunçlar skamyasında qalıb.
