3 dekabr 2014 19:53

Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət mərhələnin bütün görüşləri eyni gündə baş tutub.

"Neftçi" 1-ci divizion təmsilçisi "Qaradağ Lökbatan"ı asan qələbə sayəsində keçib. Eyni vaxtda keçirilən digər oyunda AZAL səfərdə "Neftçala" ilə qarşılaşıb. Nəriman Nərimanov adına Neftçala şəhər stadionunda baş tutan qarşılaşmanın sonlarına kimi meydan sahibləri hesabda öndə olub. Lakin son dəqiqələrdə iki ardıcıl qol vuran "təyyarəçilər" əzmkar qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.

"Qəbələ" "Ağsu"nu darmadağın etdiyi halda, "Qarabağ" da digər aşağı divizion təmsilçisi MOİK-i üstələyib. Bu qarşılaşmada qapılara altı qol vurulub. "Sumqayıt" - "Bakı" matçında 120 dəqiqə ərzində qapılara qol vurulmayınca penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan paytaxt təmsilçisi mərhələ adlayan tərəf olub.

"Simurq" "Rəvan"ı, "İnter" isə "Şahdağ"ı darmadağın edərək, 1/4 finala yüksəlib.

Azərbaycan kuboku
1/8 final

3 dekabr

Neftçala - AZAL 1:2 (1:0)
Qollar: Məhəmməd Alıyev, 10 (1:0). Freddi Mombonqo, 89 (1:1). Laşa Kasradze, 90+2 (1:2).
Qırmızı vərəqə: Elvin Adışirinli, 90+4 (Neftçala), Xuan Fransisko, 90+4 (AZAL).
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Xəlil Hüseynli.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.

Neftçi - Qaradağ Lökbatan 3:0 (1:0)
Qollar: Ernest Nfor, 17 (1:0). Ruslan Qurbanov, 75 (2:0), Denis Silva, 78 (3:0).
Qırmızı vərəqə: Kaue, 67.
Hakimlər: Vüsal V. Əliyev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Mahir Məmmədov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

Sumqayıt - Bakı 0:0 (penaltilər - 3:4)
Qırmızı vərəqə: Cəmil Hacıyev, 83 (Sumqayıt). Nurlan Novruzov, 90+1 (Bakı).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Mehman Mahmudov, Fərid Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

Qəbələ - Ağsu 3:0 (2:0)
Qollar: Bəxtiyar Soltanov, 1 (1:0). Bəxtiyar Soltanov, 22 (2:0). Pavol Farkaş, 64 (3:0).
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Akif Əmirəli, Teymur Fərhadov.
Qəbələ şəhər stadionu.

Qarabağ - MOİK 4:2 (2:1)
Qollar: İnnosent Emeqara, 6 (1:0). Riçard Almeyda, 7 (2:0). Rafael Qəvami, 35 (2:1). Maksim Medvedev, 49 (3:1). Vüqar Nadirov, 71 (4:1). Röyal Nəcəfov, 88 (4:2).
Hakimlər: Xəlil Xəlilov, Coşqun Həsənov, Elşən Acalov, Orxan Məmmədov.
Bakı. "Dalğa Arena".

Simurq - Rəvan 6:0 (1:0)
Qollar: Draqan Çeran, 11 (1:0). Draqan Çeran, 55 (2:0). Marko Stanoyeviç, 57 (3:0). Əli Gökdəmir, 58 (4:0). Rəşad Eyyubov, 73 (5:0). Stepan Polyak, 80 (6:0).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov.
Zaqatala şəhər stadionu.

Şahdağ - İnter 0:3 (0:2)
Qollar: Baçana Sxadadze, 12-pen. (0:1). Elvin Məmmədov, 40 (0:2). Mirsahib Abbasov, 90+1 (0:3).
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Munis Abdullayev, Ramil Əhmədov.
Bakı. “İnter Arena”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.