2 dekabr 2014 20:45
Cavadovla Hacıyev oynadı, Qaziantep BB 3-cü liqa klubuna uduzdu
Bu gün futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin bir neçə oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri - Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geydiyi "Qaziantep BB" doğma meydanda üçüncü liqa təmsilçisi "Tuzluspor"la qarşılaşıb.
Oyun futbolçularımızın komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavadovla Hacıyev oyuna start heyətdə başlayıb, lakin sonuncu yalnız bir hissə meydanda olub. Budak isə ümumiyyətlə matçın iştirak ərizəsində yer almayıb.
