2 dekabr 2014 19:10
Xəzər Lənkəranın futbolçusu Makedoniyaya qayıdır
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Deyan Blajevski qışda komandasını tərk edəcək. Azerisport.az xəbər verir ki, o, böyük ehtimalla vətəni Makedoniyaya qayıdacaq.
Belə ki, bu futbolçunun "Rabotniçki"yə keçməsi gözlənilir.
