2 dekabr 2014 15:55
AFFA rəhbərliyi İK-nın iclasından sonra mətbuat konfransı təşkil edəcək
AFFA rəhbərliyinin mətbuat konfransı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, konfrans AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 3-də, saat 11:00-da, assosiasiyanın inzibati binasında keçiriləcək iclasından dərhal sonra baş tutacaq.
