Prosineçki: Azərbaycan yığmasının Xorvatiya ilə oyuna qədər çox dəyişəcəyini gözləyirəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin olunması gözlənilən Robert Prosineçkinin Xorvatiya mətbuatına müsahibəsi
- AFFA ilə danışmışıq və demək olar ki, hər şeyi dəqiqləşdirmişik. Razılaşmaya əsasən, bu seçmə mərhələ başa çatdıqdan sonra DÇ-2018-in seçmə mərhələsinin hazırlığına başlayacağıq.
- İlkin təəssüratlarınız necədi?
- Mənim şəhərə baxmaq üçün vaxtım oldu. Çox gözəl şəhərdi. Mən də Foqtsun çalışdığı materialla işləyəcəm. Əminəm ki, Osiyekdə qeydə alınan məğlubiyyət bu komandanın əsl gücünü göstərmir. Mən yaxşı məqamların da şahidi olmuşam. Səbrlə çalışmaq lazımdı.
- Maliyyə məsələləri sizi qane etdi?
- Tamamilə.
- Bəs Azərbaycan yığmasında kimlərlə çalışacaqsız?
- Böyük ehtimalla köməkçik Qordan Kipriç və Draqan Spasiç olacaq. Onlar mütəmadi olaraq mənimlə çalışıblar. Tibbi heyətə gəlincə, bu barədə hələ düşünmürəm.
- Artıq sizin Bosniya və Herseqovina yığmasını çalışdırmayacağınızı dəqiq söyləmək olar?
- Əlbəttə. Mən öz yolumu seçmişəm və qəbul etdiyim qərardan da razıyam.
- "Srvena Zvezda" və "Kayserispor"dakı iş sisteminiz millidəkindən fərqlənir?
- Mənim yığma komandada Slavein Biliçlə birgə 4 illik iş təcrübəm var. Buna görə narahat olmayın. Hər şeyə addım-addım nail olmağa çalışacam. İlk oyunumuz martın 28-də Maltaya qarşı olacaq.
- Xorvatiyada isə sentyabrın 3-də Bakıya səfər daha səbrsizliklə gözlənilir...
- Ona qədər hələ çox vaxt var. Bu barədə düşünəcəyəm. Bu müddət ərzində komandanın çox dəyişəcəyini gözləyirəm.
- Ailənizlə bağlı nə qərar vermisiz?
- Onlar tezliklə yanıma gələcəklər. Həyat yoldaşım və iki qızım. Ümumiyyətlə, birgə yaşamamağın mənası yoxdu.
