2 dekabr 2014 14:30
Stanoyeviç: Qarabağdan daha yaxşı oynadıq
"Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviç komandasının çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la qarşılaşmada yaxşı oynadıq. Biz rəqibdən daha yaxşı təsir bağışladıq. Amma səhvlərimiz sonda məğlub olmağımıza səbəb oldu. Daha diqqətli oynasaydıq, o zaman indi üst pillələrdə qərarlaşmış olardıq".
