2 dekabr 2014 13:30
Mahmud Qurbanov: Ola bilər ki, Prosineçki ilə birgə çalışım
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi əvəzi olan Mahmud Qurbanov Robert Prosineçkinin bu posta mümkün təyinatı və xorvatiyalı mütəxəssislə birgə işləmək şansı barədə fikirlərini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Böyük ehtimalla, yeni baş məşqçi Prosineçki olacaq. Amma bu barədə hələ heç nə deyə bilmərəm. Çünki hələ onunla rəsmi müqavilə imzalanmayıb. Mənim bundan sonra yığmada qalıb-qalmayacağıma gəlincə, hər iki variant mümkündü. Baxarıq. AFFA ilə əməkdaşlığımı davam etdirməyin əleyhinə deyiləm".
