2 dekabr 2014 12:50
Cavid Hüseynov: Dorinel Muntyanu bizə rəqiblərimizdən üstün olduğumuzu desə də, nəticə yoxdu
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov komandasının Topaz Premyer Liqasındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin turnir cədvəlindəki vəziyyəti o qədər də ürəkaçan deyil. Baxmayaraq ki, Dorinel Muntyanunun bizə təqdim etdiyi göstəricilərə görə, əksər rəqiblərimizi fiziki baxımdan, ötürmələrə görə və sair, üstələyirik. Amma nəticə yoxdu. Ümid edirəm ki, bundan sonrakı oyunlarımızda nəticə də olacaq".
