2 dekabr 2014 11:35
Emil Balayev Neftçiyə qayıdır
"Neftçi"nin qapıçısı Emil Balayevin Almaniyanın "Ayntraxt" klubunda baxışda olmasından xəbəriniz var. Azerisport.az xəbər verir ki, o, dekabrın 12-dək Frankfurt təmsilçisinin düşərgəsində olacaq.
Həmin gün isə futbolçumuz Azərbaycana dönəcək. Almanların Balayevlə bağlı yekun qərarının necə olacağı isə hələlik, bəlli deyil. Emil "Ayntraxt"ın məşqçi korpusunun rəğbətini qazana bilsə, elə bu qış onun transferini həyata keçirəcəklər. Əks halda qapıçı elə "Neftçi"də qalacaq.
