2 dekabr 2014 11:25
Mahmud Qurbanov dünya futbolunun ən yaxşılarını açıqladı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçi vəzifəsini müvəqqəti həyata keçirən Mahmud Qurbanov 2014-cü ilin ən yaxşı futbolçularının müəyyənləşdirilməsi üçün FİFA tərəfindən təşkil olunan sorğuda iştirak edib. Azerisport.az xəbər verir ki, Qurbanov ən yaxşı oyunçu olaraq Hollandiya yığmasının və Almaniyanın "Bayern" klubunun futbolçusu Aryen Robbeni göstərib.
O, ikinci yerə Argentina yığmasının, eləcə də son bir ildə İspaniya "Real"ı ilə İngiltərənin "Mançester Yunayted" klublarında çıxış etmiş Anxel di Mariyanı, üçüncü yerə isə Portuqaliya yığmasının və "Real"ın futbolçusu Kristiano Ronaldonu layiq görüb.
Qeyd edək ki, ilk üçlüyə Ronaldo, Lionel Messi (Argentina, "Barselona") və Manuel Noyer (Almaniya, Bayern) düşüb.
