2 dekabr 2014 11:05

Matiya Şpiçiç: Əminəm ki, Prosineçki Foqtsdan daha çox seviləcək

"İnter"in xorvatiyalı yarımmüdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi

- Robert Prosineçki yığmamızı çalışdırmağa çox yaxındı. Bunu necə qarşıladız?
- AFFA düzgün seçim edib. Amma o, yığmaya belə bir çətin vaxtda dəvət olunduğuna görə, vaxt verilməlidi. Mən onu həm yaxşı insan, həm də məşqçi kimi tanıyıram.

- O, bizim futbola nə verə biləcək?
- Bunu zaman göstərəcək. Prosineçkinin potensialına şübhə etmirəm.

- Bu məşqçi startda 4 ardıcıl məğlubiyyətlə üzləşən komandanı bu durumdan çıxarmağa hazırdı?
- Bu seçmə mərhələdə nəyəsə nail olmaq artıq çətin görünür. Amma düzgün iş qurulacağı halda vəziyyəti dəyişmək olar. Məsələn, ardıcıl üç oyun ardıcıl qələbə qazanmaqla nəsə etmək mümkündü.

- Prosineçkinin komandası necə futbol oynayacaq?
- O, hücum futbolunu sevir. Fikrimcə, Prosineçki ilk növbədə azərbaycanlı futbolçuların imkanlarını dəyərləndirəcək. Taktikasını da əlindəki materiala uyğun qurmağa çalışacaq.

- Bu xəbəri Xorvatiya futbol ictimaiyyəti necə qarşıladı?
- Normal. Onun Bosniya və Herseqovina, Bolqarıstan yığmalarını da çalışdırmaq variantı var idi. Amma gördüyünüz kimi, seçimini Azərbaycanın lehinə etdi. Bunun niyəsini bilmirəm. Öz şəxsi işidi.

- Geridə qalan altı il ərzində Berti Foqtsu tənqid etməyən qalmadı. Onun mətbuatla münasibətləri də ideal deyildi. Prosineçki ilə bağlı vəziyyət necə olacaq?
- Bu, onun işidi və hər şeyə hazır olmalıdı. Nəticə olmayacaqsa, tənqidlər mütləq olacaq. Mənim tanıdığımı Prosineçki futbolçularla da, mətbuatla da dil tapa biləcək. Əminəm ki, o, Foqtsdan daha çox seviləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.