1 dekabr 2014 18:30
Ermənistanda çalışmış məşqçi yığmamıza gəlir?
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin olunması gözlənilən xorvatiyalı Robert Prosineçkinin köməkçilərindən biri Qordan Kipriç ola bilər. Azerisport.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Kipriç vaxtilə Prosineçkiylə birgə Türkiyənin "Kayserispor" klubunda da çalışıb. Bu mütəxəssis həmçinin 2008/09 mövsümündə İvo Şuşakın da Ermənistan "Mika"sında köməkçisi olub.
İkinci köməkçiyə gəlincə, bu, Draqan Spasiç ola bilər. Lakin böyük ehtimalla yığmamızda ikinci məşqçi köməkçisi yerli mütəxəssislərdən biri olacaq.
