1 dekabr 2014 18:00
Azərbaycan Qazaxıstana məğlub oldu
Bu gün Daşkənddə futzal üzrə beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayan Azərbaycan millisi startda Qazaxıstanla üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb:
Qazaxıstan - Azərbaycan - 4:1 (1:0)
Qollar: Süleymanov, 14 (1:0). Penqrin, 32 (2:0). Leo, 33 (3:0). Fərəczadə, 36 (3:1). Leo, 37 (4:1).
Azərbaycan: Buranello, Hüseynli - Fərzəliyev (k), Fərəczadə, Məmmədkərimov, Borisov, Həmzəyev, Çovdarov, Eduardo, Amadeu, Fineo, Bağırov, Atayev.
