1 dekabr 2014 16:35
Emil Balayev: Ayntraxtda hər şey mənim üçün yaxşıdı
"Neftçi"nin qapıçısı Emil Balayev hazırda Almaniyanın "Ayntraxt" klubunda baxışdadı. Azerisport.az saytına açıqlamasında o, Frankfurt təmsilçisindəki durumundan söhbət açıb:
"Ayntraxt"da hər şey mənim üçün yaxşıdı. Komanda ilə birgə məşq edirəm. Komandanın baş məşqçisi Tomas Şaafın sözlərinə gəlincə, onunla internetdə tanış oldum. Hələ məşqlərimi izləyirlər. Necə olacağını dəqiq bilmirəm".
