1 dekabr 2014 14:55
Qalin İvanov: Levskiyə qayıdışım mümkündü
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Qalin İvanov Bolqarıstanın "Levski" klubuna qayıdacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Özümü Azərbaycanda yaxşı hiss edirəm. Müqaviləmin müddəti mövsümün sonunda başa çatacaq. Ammaa klub rəhbərliyi mənim komandada qalmağımı istəyir. "Levski"yə mümkün qayıdışıma gəlincə, hər şey mümkündü".
