1 dekabr 2014 14:35
İsrafilov oynamadı, klubu darmadağın oldu
Futbol üzrə İspaniya La Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Sevilya" ilə qarşılaşıb. Oyun 5:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. İsrafilov qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Qranada" hazırda 11 xalla 16-cı yerdə qərarlaşıb.
