1 dekabr 2014 14:10
Hildebrand gedir, Balayev Ayntraxtda qalır
Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Timo Hildebrand qış fasiləsi zamanı iş yerini dəyişmək istəyindədi. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisinin 35 yaşlı qolkiperi ABŞ çempionatında qüvvəsini sınamaq arzusundadı.
Əsas qapıçı Kevin Trapp zədələndiyindən, onu əvəzləyən Hildebrand gedəcəyi halda, azərbaycanlı qolkiper Emil Balayev üçün yaxşı şans yaranacaq. "Neftçi"nin qapıçısı hazırda Almaniya klubunda baxışdadı. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, bu qış "Ayntraxt"la müqavilə imzalaması istisna deyil. (Kicker)
