1 dekabr 2014 12:25
XL Qəbələ ilə ya Bayılda, ya da Lənkəranda qarşılaşacaq
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Xəzər Lənkəran"la "Qəbələ" arasındakı oyunun harada keçiriləcəyi hələ müəyyənləşməyib. Azerisprot.az xəbər verir ki, buna səbəb Lənkəran şəhər stadionundakı təmir işlərinin hələ də başa çatmamasıdı.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, dekabrın 7-də keçiriləcək qarşılaşmanın doğma şəhərdə keçirilməsinə mütəxəssislər qərar verməlidilər. Əgər onlar müsbət qərar verməsələr, "Qəbələ" ilə oyun Bakıdakı "Bayıl Arena"da baş tutacaq.
