1 dekabr 2014 11:55
Roberti Mançini: Bizim üçün A Seriyası Avroliqadan daha önəmlidi
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki rəqibi olan İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini A Seriyasının son turunda "Roma"ya məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:4 hesablı yenilgidən sonra bunları söyləyib:
"Bizim üçün bu məğlubiyyət çox üzücü oldu. İki dəfə rəqib hesabda önə keçsə də, tarazlığı bərpa edə bildik. Bizim üçün Çempionlar Liqasına vəsiqə qazanmaq çox vacibdi. Ona görə də A Seriyası Avropa Liqasından daha önəmlidi".
