1 dekabr 2014 11:35
Məmmədov sıradan çıxdı, Borisov milliyə dəvət olundu
Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil edilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə milli komandamızın heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, son məşqdə zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb.
Onun əvəzinə heyətə “Fənərbağça” komandasının üzvü Vitali Borisov dəvət olunub.
