1 dekabr 2014 11:05

Riçard Almeyda: Simurq ilə oyunda istədiyim kimi oynamadım

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın azerisport.az saytına müsahibəsi

- "Simurq"la oyun haqda nə düşünürsüz?
- Bizim üçün çox vacib olan 3 xal qazandıq. "Simurq"a qarşı oynamaq çox çətindi. Amma yaxşı ki, biz bu çətin səfərdən qələbə ilə qayıtmağı bacardıq.

- "Sent-Etyen"lə oyundan dərhal sonra belə bir görüşə çıxmaq çətin olmadı ki?
- Əlbəttə, uçuşun ardından müəyyən yorğunluq var idi. Amma biz müxtəlif cəbhələrdə oyunlara çıxmağa hazır olmalıyıq. Peşəkar futbolçularıq və bu, bizim işimizdi.

- Gərgin qrafiklə oynadığınıza görə təəssüflənmirsiz?
- Əlbəttə, bizə asan deyil. Amma peşəkar futbolçu hər oyuna çıxmağa hazır olmalıdı. Hətta 3-4 gün bir oyunlar olsa da.

- "Simurq"la oyunda "Sent-Etyen"lə görüşdəki qədər parlaq oyun göstərə bilmədiz. Buna səbəb Reynaldonun yoxluğu idi?
- Onunla bir-birimizi yaxşı başa düşürük. Həqiqətən də "Simurq"la oyunda özümdən gözlədiyim futbolu nümayiş etdirə bilmədim. Bunun səbəbi təkcə Reynaldonun yoxluğu deyildi. Duasla Çumbinyo da yoxdu. Lakin hər şeydən önəmli olan komandamızın qələbəsi idi ki, onu da əldə etdik.

- "Sent-Etyen"in stadionundakı ab-havadan çıxıb Zaqataladakı ab-havaya uyğunlaşmaq çətin olmadı?
- Futbolçu üçün böyük azarkeş ordusu qarşısında oynamaq stimuldu. Evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Amma start fitindən sonra azarkeşlərə elə də xüsusi diqqət yetirmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.