1 dekabr 2014 00:35
Marko Stanoyeviç: Şehiç sağ olsun ki, qol buraxdı
"Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviç Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şehiç sağ olsun ki, qol buraxdı. Öz səhvlərimizə görə uduzduq. Əlbəttə, "Qarabağ"dan daha yaxşı təsir bağışladıq. Oyundan öncə rəqibin yorğun olacağına ümid edirdik. Amma "Qarabağ" bu gün çox yaxşı təsir bağışladı".
